Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Krımın Kurortologiya naziri Aleksandr Liyevi qəbul edib

20.12.2011-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Krım Avtonom Respublikasının Turizm və Kurortologiya naziri Aleksandr Sergeyeviç Liyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Pavloviç Mişenko da iştirak edirdi.

 

Qonaqları səmimi salamlayan O. Şirəliyev Azərbaycanla Ukrayna arasında olan uzun illərin dostluğundan danışdı, davamiyyətli birgə əməkdaşlıq haqqında məlumat verdi.

 

Aleksandr Liyev öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirdi. Görüşün əsas məqsədi Krımın 240 dan artıq müalicəvi kurortlarına azərbaycanlıları da cəlb etmək, oranın müalicəvi sanatoriyalarındakı imkanlarından yaralanmağı təklif etmək idi.

 

A.Liyev bildirdi ki, son 20 ildə ölkəsinin turizm infrastrukturunun inkişafı Karlovı varı, Antalya kimi turizm məkanları ilə müqayisə olunacaq səviyyədədir və Azərbaycan vətəndaşlarının da bu imkanlardan yaralanmasını məqsədəuyğundur.

 

Görüşün sonunda qonaq 2012-ci ildə Ukraynada keçirilməsi planlaşdırılan MDB ölkələrinin Səhiyyə Nazirlərinin iclası haqda məlumat verdi və O. Şirəliyevi həmin iclasa dəvət etdi.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

20/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013