Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində fəaliyyət göstərən Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir.
Təlim zamanı:
• şəkərli diabet haqqında məlumat,
• özünənəzarət vasitələrindən istifadə qaydaları,
• düzgün qidalanma,
• diabetin fəsadları və s.
mövzularla bağlı bilik və bacarıqlar əldə olunacaqdır. Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Bakı ş., H. Zərdabi küç., 96
(20 yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası)
Əlaqə tel.:
(012) 430 10 28
(012) 431 62 61
(012) 496 92 35
21/12/2011