Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Daşkəsən MRX-nın və Şirvan Mərkəzi Poliklinikasının açılışı oldu

Bu gün Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının açılışı olub. 3 mərtəbəli 80 carpaylıq xəstəxana binası müasir Avropa standartlarına uyğun inşa olunub. Burada Xəstəxananın müasir tibb avadanlıqlarla tam təminatına 1 milyon 168 min manatdan çox vəsait sərf olunub. Xəstəxana 33 min Daşkəsən sakininə xidmət edəcək.

 

Anoloji acılış mərasimi dekabrın 28-də Şirvan Mərkəzi Rayon Xəstəxanasının Mərkəzi Poliklinika şöbəsində olub. İkimərtəbəli 32 palatadan ibarət olan poliklinika 79 min 777 nəfər yerli sakinə və orada məskunlaşmış 420 dən artıq qaçqına xidmət edəcək. Poliklinika bütün lazımi tibbi avadanlıq tam təchiz olunmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

28/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013