Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi və Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə Lənkəran Müalicə-Diaqnostika Mərkəzində 30 noyabr 2010-cu il tarixində könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiya zamanı 71 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

1/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..