İlin sonunda 6 tibb müəssisəsinin açılışı oldu
Bu ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulan səhiyyə obyektlərinin sırasına bir neçəsi də əlavə olundu.
Belə ki, 30.12.2011-ci il tarixlərində əsaslı təmir və yenidənqurma işlərindən sonra Xəzər rayonundakı 35 saylı Kardiorevmatoloji sanatoriya, Xətai rayonundakı 2 saylı Uşaq poliklinikası, Nizami rayonundakı 19 saylı Uşaq poliklinikası, Binəqədi rayonu 28 may qəsəbəsində həkim məntəqəsi, Qaraçuxur qəsəbəsində 15 saylı BŞX-nin poliklinikasının və Psixi sağlamlıq mərkəzinin açılışları olub.
Açılışları olan səhiyyə müəssisələrinin hər biri mövcud son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunmuşdur.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
30/12/2011