Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesi cəmiyyət tərəfindən mütərəqqi addım kimi qiymətləndirilir

Ötən 1 il ərzində sertifikasiya prosesinin təşkili, keçirilməsi ilə bağlı görülmüş işlər, nəticələrin təhlili göstərir ki, ümumilikdə milli səhiyyə sisteminin inkişafına, əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli töfvələr verə biləcək naliyyətlər əldə olunub.

 

Artıq sertifikasiya prosesi bir ili arxada qoydu. Beləki bütün ölkə səhiyyəsi üçün çox əhəmiyyətli addım olan bu layihə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq həyata keçirilir.

 

2011-ci ilin yanvar ayından etibarən bu günə kimi 3324 həkim 38 ixtisas üzrə sertifikasiya imtahanında iştirak edib. İmtahan verənlərin cüzi bir hissəsi (7%) tələb olunan balı toplaya bilməyiblər. Onlara hazırlaşmaq üçün 6 ay vaxt verildikdən sonra təkrar imtahana buraxılıblar ki, ondan da cəmi 10 nəfər uğursuz nəticə əldə edib. Həmin şəxslərlə əmək müqaviləsi pozulub . Bu günə kimi 3035 həkim sertifikat alıb.

 

Ötən il yanvarın 5-dən sertifikasiya prosesi ilk yazılı test imtahanın keçirilməsindən artıq 1 il ötür. Bundan əvvəl və son 1 il ərzində sertifikasiya prosesinin təşkili, keçirilməsi ilə bağlı görülmüş işlər, nəticələrin təhlili göstərir ki, ümumilikdə milli səhiyyə sisteminin inkişafına, əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfələr verə biləcək nailiyyətlər əldə olunub.

 

İlk növbədə sertifikasiya prosesi artıq cəmiyyət və səhiyyə ictimaiyyəti tərəfindən səhiyyə sisteminə aparılan islahatların vacib bir komponenti kimi müasir dövrün tələbindən irəli gələn və ilk növbədə səhiyyə mütəxəssislərimizin öz üzərlərində işləmələrinin, daim öyrənmələrini stimulaşdırmağı hədəfləyən addım kimi qəbul olunur. Son bir il ərzində sertifikasiya prosesi barədə ən bədbin fikir söyləyən skeptiklər belə öz mövqelərinə yenidən baxmağa məcbur olublar. Belə ki, səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini məsuliyyətlə yanaşmaları, yazılı test imtahanlarına və müsahibələri ciddi hazırlaşmaları, kitabxanalara yenidən kütləvi axnıın başalaması, fikir mübadilələri və müzakirələrin başalaması bütün bədbin proqnozları alt-üst etdi. Sertifikasiya prosesi artıq təcrübəli səhiyyə mütəxəssislərimiz tərəfindən bir daha özlərinin kvalifikasiyasını, yüksək peşə hazırlığını sübut etmək, gənc mütəxəssislər üçün isə özlərini təsdiq etmək yolunda onlara fayda verəcək, yeni imkanlar açacaq, hamı üçün bərabər imkanların yaradıldığı sınaq kimi qəbul olunur. Təsadufi deyil ki, Səhiyyə Nazirliyinin “Qaynar xəttinə” sertifikasiya ilə bağlı bir şikayət belə daxil olmayıb. Bu günə kimi imtahan verən yaxud da imtahandan kəsilən, habelə əmək müqaviləsi pozulan şəxslərin özləri belə sertifikasiya imtahanlarının cavablarının satılması, yaxud da imtahan ərəfəsində neqativ halların olmasına dair şikayətlənməyiblər. Könüllü olaraq sınaq imtahanlarında və sertifikasiya prosesində iştirak etmək üçün isə yüzlərlə səhiyyə mütəxəssisi müraciət etməkdədir.

 

Gözlənildiyi kimi, səhiyyə mütəxəssisləri sertifikasiya prosesinin məqsəd və mahiyyətini tez bir zaman ərzində gerçəkdən anladılar və təqdir etdilər. Bir çoxları üçün isə bu hətta gözlənilən idi, çünki, səhiyyə mütəxəssilərinin dövrü olaraq bilik və bacarıqlarını imtahanlar vasitəsilə yoxlanılması praktkası bütün dünyada geniş tətbiq olunur.

 

Sertifkasiya prosesinin uğurla həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyi və Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən təşkilatı texniki və maarifləndirmə-məlumatlandırma istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilib. 2010-ci ilin dekabr ayından etibarən ixtisaslar üzrə test imtahanının sulları Nazirliyin saytında, daha sonra isə Sertifikasiya Komissiyasının saytında yerləşdirilib. Nazirliyin saytında sertifikasiya prosesi ilə bağlı sualların cavablandırılması üçün onlayn müraciət bölməsi yaradılıb. Səhiyyə mütəxəsisslərinə eyni zamanda Sertifikasiya Komissiyasına birbaşa müraciət edərərk məlumat almaq imkanları da yaradılıb.

 

Sertifikasiya Komissiyası ödənişsiz əsaslarla əsas test imtahanından bir ay əvvəl sınaq imtahanları keçirir. Bu sınaq imtahanlarında iştirak etmək üçün tamamilə könüllüdür və səhiyyə mütəxəsisləri yalnız Komissiyaya zəng etməklə qeydiyyatdan keçmək lazım gəlir.

 

Sertifikasiya Komissiyasının saytının yaradılması (www.snsk.az) da sertifikasiya prosesinin uğurla təşkli baxımımdan əhəmiyyətli addım oldu. Saytda sertifikasiya ilə bütün zəruri məlumatları, ədəbiyyatı, imatahan suallarını əldə etmək mümkündür. Sayt öz funksiyalarına görə, universal virtual ofis və məlumat mərkəzi kimi qiymətləndirilə bilər. Bu “ofis” və məlumat mərkəzi istənilən zaman səhiyyə mütəxəssislərinin köməyinə gəlir.

 

Səhiyyə Nazirliyi və Sertifikasiya Komissiyası maarifləndirmə-məlumatlandırma istiqamətinə xüsusilə diqqətlə yanaşır. Səhiyyə Nazirliyi təşəbbüsü 2011-ci il aprel ayından başlayaraq iyul ayının sonuna qədər Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası tərəfindən “Tibb mütəxəssislərinin sertifikasiya ilə bağlı maarifləndirilməsi” layihəsi həyata keçirildi. Üç ay ərzində keçirilən və ölkənin bütün regionlarını əhatə edən təlimlərin məqsədi tibb mütəxəssislərinin sertifikasiya prosesi barədə məlumatlandırılması, onların suallarının yerindəcə cavablandırılması, hazırlıq üçün məsləhətlər verilməsi idi. Səhiyyə müəssisələrində keçirilən təlimlərdə Assosiasiya tərəfindən hazırlanan və Səhiyyə Nazirliyi tərəfindən nəşr edilən sertifikasiya ilə bağlı kommunikasiya materialları (“Suallar və Cavablar”, “Sertifikasiyaya hazırlıq üçün tövsiyyələr”, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası ilə bağlı normativ-hüquqi aktlar” və s.) iştirakçılar arasında paylandı. Bununla yanaşı, Sertifikasiya Komissiyası tərəfindən hazırlanmış sertifikasiyaya hazırlıq üçün istifadə olunan ədəbiyyatların elektron forması iştirakçılara təqdim olundu. Layhə çərçivəsində bütün ölkə üzrə keçirilən 47 təlimdə 3000 səhiyyə mütəxəssisi iştirak etdi. Ümumilikdə, bu təlimlər olduqca məhsuldar və faydalı keçdi. Layihənin həyata keçirilməsində Səhiyyə Nazirliyi və Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası Assosiasiya hərtərəfli dəstək verərək, qarşıya qoyulan məqsədlərə nail olunmasında çox böyük yardım göstərdilər. Səhiyyə Nazirliyi və Nazirliyin Sertifikasiya Komissiyası tibb mütəxəssislərinin sertifikasiyası prosesinin daha da təkmilləşdirilməsi üçün mütərəqqi təkilf və təşəbbüslərin müzakirəsinə, bu işdə yardım göstərməyə çalışan bütün maraqlı tərəflərlə əməkdaşlığa hazır olduqlarını bir daha nümayiş etdirdilər.

 

Ötən bir il göstərdi ki, sertifikasiya prosesi cəmiyyət və səhiyyə ictimaiyyəti tərəfindən səhiyyə sisteminin müasir tələblər səviyyəsində qurulması istiqamətinə irəliyə doğru atılmış mütərəqqi addım kimi qiymətləndirildi. Xüsusən KİV-in sertifikasiya ilə bağlı məsələlərə həssaslıq və diqqətlə yanaşması da müsbət məqam kimi vurğulanmalıdır. Bu bir daha göstərdi ki, ayrı-ayrı insanların subyektiv maraqları naminə heç bir sübut və dəlilə söykənməyən böhtanlarına baxmayaraq ümumilikdə, sertifikasiya prosesi cəmiyyətin bütün təbəqələri tərəfindən pozitiv təşəbbüs kimi dəyərləndirilməkdədir.

 

SERTİFİKASİYA KOMİSSİYASININ HESABATI

(2011)

 

1. Komissiya tərəfindən qəbul olunmuş sənədlərin sayı  - 5103

 

2. İmtahandan keçənlərin sayı:


keçənlər 3324

 

1-ci cəhddən keçməyənlərin sayı 235

 

2-ci cəhddə iştirak edənlərin sayı 65

 

keçənlər 55

 

keçməyənlər 10

 

 

İxtisas

İmtahandan keçənlər

1

Allerqologiya

18

2

Anesteziologiya-reanimatologiya

114

3

Dermatovenerologiya

88

4

Endokrinologiya

40

5

Epidemiologiya

52

6

Əczaçılıq (Ali)

45

7

Fizioterapiya və tibbi bərpa

40

8

Ftiziatriya

35

9

Genetika

4

10

Gigiyena

85

11

Hematologiya

15

12

İmmunologiya

0

13

Kardiologiya

100

14

Qastroenterologiya

0

15

Laboratoriya işi

142

16

Mama-ginekologiya

289

17

Mikrobiologiya

39

18

Narkologiya

10

19

Nefrologiya

12

20

Nevrologiya

127

21

Neyrocərrahiyyə

13

22

Oftalmologiya

95

23

Onkologiya

19

24

Otorinolarinqologiya

54

25

Pediatriya

609

26

Psixiatriya

35

27

Revmotologiya

5

28

Stomatologiya

287

29

Şüa diaqnostikası

169

30

Şüa terapiyası

9

31

Terapiya

460

32

Travmatologiya-ortopediya

30

33

Urologiya

22

34

Uşaq cərrahiyyəsi

14

35

Ümumi cərrahiyyə

131

36

Üz-çənə cərrahiyyəsi

2

37

Yoluxucu xəstəliklər

95

38

Ürək-damar cərrahiyyəsi

0

39

Patoloji anatomiya

0

40

Məhkəmə tibbi ekspertiza

20

41

Plastik cərrahiyyə

0

42

Sosial gigiyena və səhiyyənin təşkili

0

 

Cəmi

3324

 

 3. Yığılan balların hesabatı:

 

90 baldan çox 1306

75-90 arası 1647

60-75 arası 371

 

 

4. İxtisas dərəcəsi alanların ümumi sayı - 56

 

Onlardan

2-ci dərəcə 29

1-ci dərəcə 9

ali 18

 

 5. Sertifikat alanların sayı - 3035

9/01/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013