Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə Şirvan Müalicə-Diaqnostika Mərkəzində 30 noyabr 2010-cu il tarixində könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 73 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!