Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Orta tibb işçilərinin sertifikasiya prosesinə start verildi

Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam edir.

 

16.01.2012-ci il tarixində orta tibb işçiləri üçün sertifikasiya imtahanlarına start verildi. İlkin mərhələdə imtahanda beş ildən artıq tibb müəssisələrində tibbi fəaliyyətdə olmamış, könüllü qaydada hazırlıq kurslarını keçmiş 60 nəfər tibb bacısı iştirak edir.

 

İmtahanın şərtlərinə görə 100 sualdan ən azı 60 suala düzgün cavab verən mütəxəssislər növbəti mərhələyə, müsahibəyə buraxılacaqlar. İmtahanın nəticələri 17.01.2012-ci il tarixində açıqlanacaq.

 

Tibbi fəaliyyətdə olan tibb bacıları üçün növbəti imtahan 27.01.2012-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

16/01/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013