Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Gürcüstan Parlamentinin nümayəndə heyətinı qəbul etmişdir

Səhiyyə nazir Oqtay Şirəliyev yanvarın 17-dən 19-a qədər ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür.

 

Qəbul zamanı Gürcüstan Parlamentinin sədr müavini, və Gürcüstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Pridon Toduanı rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayan nazir iki ölkə arasında daim mövcud olan səmimi dostluq və tərəfdaşlıq barədə söhbət açdı. Nazir Oqtay Şirəliyev prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Azərbaycanda səhiyyə sistemindəki köklü islahatlar və onların həyata keçirilməsi ilə bağlı qonağı məlumatlandırdı. O cümlədən qan xidmətini təkmıilləşdirilməsi, böyrək çatışmamazlığından əziyyət çəkən xəstələrə təmənnasız dializ xidməti ilə təmin oluması, 400-dən çox tibb müəssisəsinin yenidən qurulmasından və müasir avadanlıqla təmin olunması xüsusi vurğulandı. Qonaq nümayəndə heyətinin rəhbəri Pridon Todua də öz ölkəsində həyata keçirilən səhiyyə islahatlarından söhbət açdı. Gürcüstanda keçirilən icbari tibbi sığorta barədə məlumat verdi. Eyni zamanda Azərbaycanda keçirilən səhiyyə islahatlarının həyata keçirilməsində dövlət başçısı İlham Əliyevin birbaşa rəhbərliyidən və əhalinin sağlamlığına böyük qayğı ilə yanaşdığını yüksək qiymətləndirdiyini söylədi.

 

Görüş zamanı inkişaf etmiş başqa ölkələrin təcrübəsindən yararlanmaq barədə də müzakirələr aparıldı.

 

Görüşdə nümayəndə heyəti ilə bərabər Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze və Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva da iştirak etimişdir.

 

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı 

18/01/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013