Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin yanvar ayı ərzində 444 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 233-ü (74-ü əsaslı, 159-u isə əsassız) şikayət, 131-i – sorğu xarakterli, 25-i aidiyyəti üzrə deyil, 55-i isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.