.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

17/01/2012, 11:31

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 47 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunmuş, 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 47 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 705, mikrobioloji göstəricilərinə görə 640, toksikoloji göstəricilərinə görə 91, radioloji göstəricilərinə görə 41 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 11-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 2644 yaxma, 48 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 48-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Dekabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş vermiş, 74 nəfər zərərçəkən olmuşdur. O cümlədən 6 botulizm hadisəsi baş vermiş, 10 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

Çap versiyası | Baxılıb 203
Digər xəbərlər:
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi ?
İstifadə edirəm
İstifadə etmirəm
Ehtiyac duyulmayıb
Bacarmıram
Bilmirəm nə üçün lazımdır