Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 15-17 fevral 2012-ci il tarixlərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı 284 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!