Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Könüllü qanvermə aksiyaları davam edir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 28-29 fevral 2012-ci il tarixlərində Vergilər Nazirliyində və Vergi Cinayətləri İdarəsində könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar zamanı 374 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi Yardımın Təşkili Şöbəsi

 

29/02/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013