Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıtın ucqar yaşayış massivlərinin sakinlərinə səyyar tibbi yardım göstərilir

Sumqayıt şəhərində “Səyyar poliklinika” layihəsi çərçivəsində ucqar yaşayış massivlərinin ərazisində yaşayan sakinlərə ixtisaslı tibbi yardım göstərilib.

 

USM-diaqnostika, elektrokardioqram və s. tibbi avadanlıqlarla təchiz olunmuş səyyar heyət müayinələr aparıb. Kardioloq, pediatr, cərrah, stomatoloq, oftalmoloq, endokrinoloq, ginekoloq, allerqoloq və s. həkimlərdən ibarət heyət “Səyyar poliklinika”nın qeydiyyat bölməsinə müraciət etmiş 463 nəfər üzərində müayinələr keçirmişdirlər. Müayinənin nəticələri üzrə məsləhətlər, ambulator müalicəyə göndərişlər verilmiş, 25 nəfər isə təcili tibbi yardım xərəyi ilə şəhər stasionarlarına çatdırılmışdır.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd xəstəliyi ilkin mərhələdə aşkarlamaq və onu kəskinləşmədən asanlıqla aradan qaldırılmasında yardımçı olmaq habelə yüksək ixtisaslı tibbi məsləhət yardımını uzaq yaşayış məntəqələrinə yaxınlaşdırmaq olub.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

6/03/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013