İl ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin göstəriciləri
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 24.02.2011-ci il-24.02.2012-ci il tarixiləri ərzində 8297 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 4189-u (1083-ü əsaslı, 3106-sı isə əsassız) şikayət, 2348-i – sorğu xarakterli, 458-i aidiyyəti üzrə deyil, 1302-si isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
9/03/2012