Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxınlaşdırılması sahəsində görülən işlər davam edir

Son aylarda Sumqayıt şəhər Səhiyyə şöbəsi tərəfindən əhaliyə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, bu xidmətin şəhər ətrafı ucqar yaşayış məntəqələrində yaşayan əhaliyə yaxınlaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Bu məqsədlə həmin uzaq yaşayış məntəqəlilərindən biri olan Sumqayıt stansiyası ərazisindəki əhaliyə bütün mütəxəssislərin iştirakı ilə səyyar tibbi xidmət təşkil edilmişdir. Onlara EKQ, Ultrasəs müayinəsi və laborator müayinələri aparılmışdır.

 

Ucqar Sumqayıt stansiyası və Tukzavod ərazilərində hər birində ayrılıqda tibb məntəqələri açılmışdır.

 

2N-li şəhər poliklinikasının nəzdində şəhərin bütün əhalisinə xidmət göstərəcək Mərkəzi laboratoriyanın açılmasına hazırlıq işləri görülür.

Mart ayının 17-də Uşaq xəstəxanasında uzaq yaşayış məntəqələrində yaşayan və çoxuşaqlı ailələrdən olan uşaqlara humanitar ritual sünnət əməliyyatının aparılmasının təşkili də bu tədbirlərdən biridir.

 

Uşaq xəstəxanasında təcrübəli cərrahlardan və orta tibb işçilərindən ibarət briqadalar tərəfindən 76 uşağa ritual sünnət əməliyyatı aparılmışdır. Əməliyyat vaxtı və ondan sonrakı dövrdə heç bir fəsad müşahidə edilməmişdir.

 

Əməliyyat olunan uşaqlara hədiyyələrin təqdim olunması isə onların böyük sevincinə səbəb olmuşdur.

19/03/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013