Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

7 tibb müəssisəsi açıldı

Ölkəmizin səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. Bu günlərdə Səhiyyə Nazirliyinin tabeçiliyində olan, uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib.

 

17.03. 2012-ci il tarixdə əsaslı təmir və tikintidən sonra acılan 35 nömrəli Uşaq Kardiorevmotoloji Sanatoriyasında, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında, 3 nömrəli Doğum evində, 16 nömrəli Şəhər Poliklinikasında, 8 nömrəli Uşaq poliklinikasında, 26 nömrəli Şəhər poliklinikasında və ən nəhayət yeni tikilib istifadəyə verilən 16 nömrəli Uşaq Poliklinikasında ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılmış, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunmuşdur. Müəssisələrdə yaradılmış şərait əhaliyə keyfiyyətli tibbi yardım göstərmək imkanlarını daha da artırdı.

 

Respublikamızda bütün tibb ocaqları kimi bu müəssisələr də müasir səviyyədə təmir olunub, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

19/03/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013