Gənc mütəxəssislər üçün xarici ölkələrdə ixtisasartırma kursları təşkil edilir – Elan
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində səhiyyənin prioritet sahələri üzrə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə 2012-ci il ərzində Türkiyənin və Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulub.
Bu məqsədlə kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq.
Kurslarda iştirak etmək istəyən ən azı 3 il iş stajı və xarici dilləri (ingilis, alman, türk və rus) səlis bilən mütəxəssislər (Bakı şəhəri üzrə) 9 aprel 2012-ci il tarixindən 01 may 2012-ci il tarixinədək Səhiyyə Nazirliyinə (246 nömrəli otaq) müraciət edə bilərlər.
13/04/2012