Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bayram Tətilində ərazi poliklinikaları fasiləsiz olaraq fəaliyyət göstəriblər

Bayram Tətilində Səhiyyə Nazirliyinin tibb müəssisələri və ərazi poliklinikaları fasiləsiz olaraq fəaliyyət göstəriblər.

 

Əvvəlki illərdən fərqli olaraq bu il Səhiyyə Nazirliyi əhalinin tibb müəssisələrinə müraciətlərinin çoxluğunu nəzərə alaraq xüsusi tapşırıqla Novruz bayramı ərəfəsində olan tətil günlərində stasionar tibb müəssisələri ilə yanaşı ərazi poliklinikalarının da növbəli şəkildə fəaliyyət göstərməsinə dair göstəriş vermişdir.

 

Belə ki, tətil günləri ərəfəsində Bakı şəhərinin 11 rayonu üzrə 100-ə yaxın tibb müəssisəsi fasiləsiz fəaliyyət göstərmişdir. Tibb müəssisələrinə ümumilikdə 1596 müraciət olmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

28/03/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013