Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıtda səyyar tibbi müayinə keçirilmişdir

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin ucqar ərazilərində məskunlaşan əhaliyə Səhiyyə şöbəsinin yüksək ixtisaslı həkim mütəxəssislərinin iştirakı ilə səyyar tibbi xidmətin keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Növbəti belə bir səyyar tibbi müayinə Beynəlxalq Sağlamlıq günü münasibətilə Zeynalabdin Tağıyev qəsəbəsində keçirilmişdir. Sakinlərə həmin gün terapevtik, pediatrik, cərrahi, nevroloji, otolarinqoloji, stomatoloji, ginekoloji, oftalmoloji, endokrinoloji tibbi xidmətlə yanaşı ultrasəs, elektrokardioqrafik və laborator müayinələr də aparılmışdır.

 

Səyyar tibbi xidmətdə müraciət edən 679 nəfərə 1492 tibbi müayinə göstərilmişdir. Müraciət edənlərdən 375 nəfərə yaxın uşaqlar olmuşdur. Müayinə zamanı 188 nəfər ultrasəs müayinəsindən, 64 nəfər elektrokardioqrafik müayinədən, 145 nəfər isə laborator müayinədən keçirilmişdir. 27 uşaq “Sünnət” edilmişdir. Xroniki xəstəliklə aşkarlanan xəstələr qeydiyyata götürülmüşdür. Ehtiyacı olan xəstələr stasionar müalicəyə göndərilmişdir. Bütün hallarda müayinə olunan xəstələrə məsləhətlər verilmiş və ambulator müalicə təyin edilmişdir. Müayinə zamanı terapevtik və pediatrik xəstələrə dərman preparatları da paylanmışdır.

 

Səhiyyə şöbəsi şəhərin ucqar yaşayış massivlərində əhaliyə səyyar tibbi müayinələrin aparılmasını bundan sonra da davam etdirəcəkdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

10/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013