Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində Avstriya-Azərbaycan Hökümətlərarası Qarışıq Komissiyası çərçivəsində görüş olmuşdur

12.04.2012-ci il tarixlərində- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmiləri Avstriya-Azərbaycan Hökümətlərarası Qarışıq Komissiyası çərçivəsində Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar üzrə Federal Nazirinin müavini cənab Andreas Reyxartın rəhbərliyi altında nümayəndə heyətini qəbul etmişdir.

 

Görüşdə məqsəd iki ölkə arasında davam edən birgə əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsini, Avstriyada istehsalı olan tibbi texnologiyaların ölkə səhiyyə sektorunda istifadə olunmasını və bu kimi səhiyyənin bir sıra prioritet məsələləri müzakirə etmək olmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

12/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013