Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Hemofiliya xəstələrinə yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir

2012-ci ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi yardım işində bir çox tədbirlər və kampaniyalar keçirilir. Belə tədbirlərdən biri Hemofiliya xəstələrinə yardım üçün qanvermə aksiyasının keçirilməsidir. 13 aprel 2012-ci il tarixdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin və Qırmızı Aypara Cəmiyyətinin Sumqayıt şöbəsinin təşəbbüsü ilə 17 aprel-hemofiliya günü münasibətilə Sumqayıt Dövlət Ünversitetində qanvermə aksiyası keçirilmişdir. Bu xeyirxah aksiyada “Azərkimya” İstehsalat Birliyinin işçiləri də iştirak etmişlər. Mərkəzi Qan Bankının işçiləri tərəfindən 150-dən çox könüllü donorlar müayinədən keçirilmiş və 70-dən çox yararlı qan götürülmüşdür, onlardan 33-ü tibb işçiləri olmuşdur.

 

Qeyd edirik ki, 2012-ci ildə tibb işçiləri tərəfindən 2-ci dəfədir belə aksiya keçirilir və ümumilikdə 212 qan verilmişdir.

 


 

16/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013