Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 3 milyon manat ayrılmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17.04.2012-ci il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə dair Sərəncam imzalamışdır.Sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılmışdır.

18/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013