Astara Rayon Mərkəzi Xəstəxanasının başlanmış əsaslı təmir işlərinin davam etdirilməsinə 2 milyon manat ayrılmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18.04.2012-ci il tarixində Astara Rayon Mərkəzi Xəstəxanasının başlanmış əsaslı təmir işlərinin davam etdirilməsinə dair Sərəncam imzalamışdır.
Sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Astara Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı başlanmış əsaslı təmir işlərinin davam etdirilməsi, əlavə tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.
20/04/2012