Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prezidentinin ehtiyat fondundan 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması işlərinə 5 milyon manat ayrılmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19.04.2012-ci il tarixində 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulmasına dair Sərəncam imzalamışdır.

 

Sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanılması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılmışdır.

20/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013