Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 04.05.2012-ci il tarixində Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 163 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!