Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Böyrək, ürək-damar və qaraciyər xəstəliklərinin effektli müalicəsinin sosial əhəmiyyəti" mövzusunda regional elmi-təcrübi konfrans keçiriləcək

Ümummilli liderimiz Heydər Əliyevin ildönümü münasibətilə Səhiyyə Nazirliyi humanitar aksiya keçirmişdir. Bu məqsəd ilə Mərkəzi Neftçilər Xəstəxanasının "Cərrahiyyə və orqan transplantasiyası" bölümünün 20 nəfərdən ibarət tibb heyəti Quba Müalicə-Diaqnostika Mərkəzinə ezam edilmişdir. 7-8 may tarixlərində xroniki böyrək çatmazlığı olan iki xəstəyə böyrək köçürülməsi əməliyyatları müvəffəqiyyətlə icra edilmişdir. Böyük vəsait tələb edən bu əməliyyatlar Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilmişdir. Əməliyyatlar müvəffəqiyyətlə yerinə yetirilmişdir və xəstələrin ümumi vəziyyəti qənaətbəxşdir. 9 may tarixində isə bütün region həkimlərinin və Mərkəzi Neftçilər Xəstəxanasının aparıcı mütəxəssislərinin iştirakı ilə "Böyrək, ürək-damar və qaraciyər xəstəliklərinin effektli müalicəsinin sosial əhəmiyyəti" mövzusunda regional elmi-təcrübi konfransın keçirilməsi planlanmışdır. Konfrans əsasən sosial əhəmiyyətli xəstəliklərin vaxtında aşkarlanması və profilaktikası, müasir üsullarla doğru müalicəsi problemlərinə həsr edilmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

8/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013