Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rusiyanın tanınmış professor və dosent heyəti azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirir

Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən Rusiyanın 4 nəfərdən ibarət tanınmış professor və dosent heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirir.

 

Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən və ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb edilib.

 

06.12.2010-dən - 25.12.2010-cu il tarixinədək keçirilən kurslar Respublika Perinatal Mərkəzin bazasında həyata keçirilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

7/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013