Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin təkmilləşdirilməsi işi davam etdirilir

5-16.05.2012-ci il tarixlərində həkimlərimizin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihələr çərçivəsində Türkiyənin Yüksək Eyitim Araşdırmalar Xəstəxanasının böyrək transplantasiyası üzrə professoru Yıldız Şener ölkəmizdə səfərdədir.

 

Tanınmış professor Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının tibbi personalına urologiya-transplantasiya üzrə master-klaslar keçir, leksiya və seminarlarda çıxışlar edir, habelə bu layihə çərçivəsində klinikada bir necə gün ərzində həyata keçirilən 6 böyrək transplantasiyası əməliyyatlarında iştirak edib.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

14/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013