Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsində 11-14 may 2012-ci il tarixlərində könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı 120 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!