“Ana və uşaq sağlamlığı: Nailiyyətlər və həllini gözləyən məsələlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir
15.05.2012-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyində “Ana və uşaq sağlamlığı: Nailiyyətlər və həllini gözləyən məsələlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbir Səhiyyə Nazirliyi və UNİCEF-in birgə həyata keçirdiyi “Ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş səhiyyə sisteminin gücləndirilməsi” proqramı çərçivəsində görülən işlərin, əldə edilmiş nəticələrin və gələcək prioritetlərin müzakirəsinə həsr olunmuşdur.
Səhiyyə Nazirliyinin və UNİCEF-in nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa” da beynəlxalq diridoğulma meyarına keçid, neonatal və doğuşayardım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, uşaqlarda əlilliyin erkən aşkarlanması və erkən profilaktikası, anemiyanın profilaktikası və nəzarəti, uşaqların qidalanması məsələləri müzakirə edilmişdir. Tədbirdə həmçinin Azərbaycan hökumətinin diqqət və qayğısı nəticəsində ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində əldə olunmuş uğurlardan danışıldı, ana və uşaq ölümü göstəricilərinin azalması və bu sahədə səylərin daha da gücləndirilməsi vurğulanmışdır.
Sonda “Ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş səhiyyə sisteminin gücləndirilməsi” proqramı çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilmiş, gələcək məqsədlər ətrafında müzakirələr aparılmışdır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
15/05/2012