Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Lənkəranda könüllü qanvermə aksiyası keçirilmişdir

Beynəlxalq Talassemiya Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Lənkəran bölməsi tərəfindən 14.05.2012-ci il tarixində könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiya zamanı 43 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi Yardımın Təşkili Şöbəsi

 

16/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013