Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 88 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 27 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 35 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki kimyəvi göstəricilərinə görə 1005, mikrobioloji göstəricilərinə görə 739, toksikoloji göstəricilərinə görə 160, radioloji göstəricilərinə görə 9 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 11-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 2807 yaxma nümunəsi, 30 soyuq qəlyanaltı nümunəsi götürülmüş, nümunələrin 3-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunmuşdur. Yaxma nümunələrinin 54-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Aprel ayı ərzində əhali arasında 102 qida zəhərlənməsi hadisəsi baş vermiş, 124 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 2 nəfər zərərçəkən olmuşdur.

 

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

 

 

 

16/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013