Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində BMT-nin İnsan Hüquqları və Sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi ilə görüş keçirilmişdir

16.05.2012-ci il tarixində Səhiyyə Nazirliyində BMT-nin İnsan Hüquqları və Sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə son illər ərzində ölkə səhiyyəsində görülən işlər, əldə olunan nailiyyətlər və gələcək perspektivləri müzakirə olunmuşdur.

 

Qonaqları maraqlandıran 3 əsas mövzu – səhiyyənin maliyyələşdirilməsi, ağ ciyər xəstəlikləri sahəsində görülən işlər və cəzaçəkmə müəssisələrində olan cəzaçəkənlərin hüquqları və onlara göstərilən tibbi yardım haqqında məlumatlar verildi.

 

Səfər çərçivəsində Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra tibb müəssisəsi ilə tanış olacaqlar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

16/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013