Ağdaş rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsi fəaliyyətə başladı
Bu gün Ağdaş rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılmış hemodializ şöbəsi istifadəyə verilmişdir. 8 ədəd süniböyrək aparatı ilə təchiz olunmuş şöbə 50-yə yaxın xəstənin hemodializ seansları ilə təmin olunmasına imkan yaradacaqdır.
Artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaqdır.