Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Könüllü qanvermə aksiyası keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 21.05.2012-ci il tarixində keçirilən könüllü qanvermə aksiyasında 213 nəfər könüllü olaraq qan vermişdir.

 

Aksiya zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi Yardımın Təşkili Şöbəsi

 

 

22/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013