Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir

22.05.2012-ci il tarixində Səhiyyə Nazirliyində Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

 

Görüşdə Səhiyyə Nazirliyi ilə Rostrapoviç - Vişnevskaya Fondu tərəfindən Azərbaycanda həyata keçirilən “Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yenidoğulmuş uşaqların HepB-ə qarşı profilaktikası” və “məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramları, rutin peyvənd proqramı çərçivəsində görülən işlər və gələcək perspektivlər müzakirə olunmuşdur. Bildirildi ki, Fondun Səhiyyə Nazirliyi ilə birgə təşkil etdiyi Milli İmmunlaşdırma Kampaniyası, həmçinin birgə həyata keçirilən milli peyvənd təqviminə uyğun olaraq rutin peyvənd proqramı sayəsində ölkə ərazisində qızılca, parotit və məxmərək kimi xəstəliklərin göstəriciləri xeyli aşağı düşüb.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Yelena Rostrapoviç hər zaman Azərbaycanda həyata keçirilən səhiyyə proqramlarına dəstək verməyə hazır olduqlarını bildirdi.

 

Səfər zamanı nümayəndə heyəti bir sıra tibb müəssisələrində olacaqlar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013