Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıtda mama-ginekologiyaya dair monitorinq keçirilmişdir

Sumqayıt şəhərində ətraf rayonların (Abşeron, Xızı, Siyəzən, Şabran) iştirakı ilə mama-ginekologiyaya dair monitorinq keçirilmişdir.

 

Monitorinq Səhiyyə Nazirliyinin ET Mama-Ginekologiya İnstitutunun dəstəyi və köməyi ilə keçirilmişdir. İnstitutun əməkdaşları tərəfindən 100-dək mama-ginekoloq və mamalar üçün dölün antenatal mühafizəsi və zahılıq qanaxmalarına dair seminar aparılmış və sonda monitorinq keçirilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

25/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013