Qəbələdə dörd hemodializ xəstəsinə böyrək transplantasiyası həyata keçirilmişdiri
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzində ilk dəfə böyrək transplantasiyası həyata keçirilmişdir.
Xeyriyyə aksiyasında 4 hemodializ xəstəsinə yaxın qohumlarının böyrəyi köçürülmüşdür.
Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin 20 nəfərlik tibbi heyəti tərəfindən aparılan 8 əməliyyat uğurla başa çatmışdır. Hazırda bütün pasiyentlər özlərini yaxşı hiss edirlər.