Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması davam etdirilir

Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən Rusiyanın tanınmış professor və dosent heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə təkmilləşdirmə kursları keçirir.

 

Ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki dövlət tibb müəssisələrində çalışan, o cümlədən Respublika Perinatal Mərkəzin mütəxəssisləri cəlb edilib.

 

16 iyun 2012-ci il tarixinədək keçirilən kurslar Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutun bazasında həyata keçirilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

31/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013