Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi işi davam etdirilir
Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi məqsədi ilə Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkim və orta tibb heyəti üçün təlimlər təşkil olunur.
İnstitutun mütəxəssisləri azərbaycanlı müdavimləri üçün elmi - praktiki seminarlar, master-klasslar və mühazirələr keçəcəklər.
Təlimlər 07 iyun 2012-ci il tarixinədək davam edəcək.