Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin may ayı ərzində 458 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 249-u (55-i əsaslı, 194-ü isə əsassız) şikayət, 109-u – sorğu xarakterli, 20-si aidiyyəti üzrə deyil, 80-i isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.