Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bir sıra tibb müəssisələrinə 17 iyun Tibb İşçilərinin Peşə bayramı münasibəti ilə təbrik məktubları ünvanlanmışdır.
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ünvanlanmış məktubda deyilir:
Hörmətli həmkarlar!
Sizi peşə bayramı – tibb işçiləri günü münasibəti ilə səmimi qəlbdən təbrik edərək, fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzulayırıq!
Azərbaycanın şimal bölgəsində cari ildə baş vermiş zəlzələ zamanı zərərçəkmiş insanlara yüksək səviyyəli tibbi yardımım göstərilməsinə görə kollektivinizə təşəkkürümüzü bildiririk və əminik ki, gələcəkdə də əhalimizin sağlamlığı naminə öz vəzifə borcunuzu layiqincə yerinə yetirəcəksiniz.
Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxana
Hörmətli həmkarlar!
Tibb işçilərinin peşə bayramı münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirik!
Bu bayram günündə kollektiviniz tərəfindən klinikanızda böyrək transplantasiya əməliyyatının tətbiq olunmasını xüsusi ilə qeyd edərək şərəfli və nəcib işinizdə yeni uğurlar və nailiyyətlər arzulayırıq.
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Hörmətli həmkarlar!
Bütün kollektivinizi tibb işçilərinin peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirik!
Ötən il ərzində Mərkəzdə səhiyyəmiz üçün çox önəmli olan uşaq kardiocərrahiyyə xidməti sahəsində nailiyyətlərinizi vurğulayaraq, gələcək işlərinizdə müvəffəqiyyətlər, çətin və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
Hörmətli həmkarlar!
Müəssisənizin bütün üzvləri əhalinin sağlamlığının qorunması üzrə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək ictimaiyyətin hörmət və nüfuzunu qazanmışdır.
Sizi qarşıdan gələn tibb işçilərinin peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirik, çətin və fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Zaqatala Rayon Mərkəzi Xəstəxana
Hörmətli həmkarlar!
Sizi Azərbaycan tibb ictimaiyyəti adından tibb işçilərinin peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Zaqatala rayonunda baş vermiş təbii fəlakət zamanı rayon əhalisinə göstərdiyiniz tibbi yardıma və fədakar fəaliyyətinizə görə kollektivinizə minnətdarlığımızı bildiririk və bayram ərəfəsində Sizlərə əmin-amanlıq, işinizdə yeni uğurlar arzulayırıq.
Qax Rayon Mərkəzi Xəstəxana
Hörmətli həmkarlar!
Sizi peşə bayramı - tibb işçilərinin günü münasibəti ilə ürəkdən təbrik edirik!
Bu ilin may ayında kollektivdə çalışan tibb işçiləri tərəfindən təbii fəlakətdən zərərçəkmiş insanlara tibbi yardım və qayğıkeşlik göstərdiyinizə görə Sizlərə təşəkkür edərək, gələcək fəaliyyətinizdə yeni nailiyyətlər və uğurlar arzu edirik.