Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi

İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə acan nazir ilk olaraq bütün tibb işçilərini təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı.

 

Nazir qeyd etdi ki, artıq 11-cu ildir ki, Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. Bu bayramı səhiyyə işçilərinə ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf edir. Ona görə də bu günü peşə bayramımız kimi qeyd olunur.

 

O.Şirəliyev öz çıxışında ölkə başçısının diqqət və qayğısı nəticəsində son dövrlərdə ölkə iqtisadiyyatının inkişafından, strateji xəttimiz olan valyuta ehtiyatlarımızın artmasından, ölkəmizin son dövrlərdə mötəbər təbirlərdəki əhəmiyyətli iştiraklarından, Azərbaycanın donor ölkəsində çevrilməsindən, “Evrovijn 2012-mahnı müsabiqəsi ”ölkəmizdə uğurla keçirilməsindən danışdı.

 

Azərbaycan səhiyyəsinin beynəlxalq əlaqələrinin də genişləndiyini bildirən nazir O,Şirəliyev ötən il Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-cı sessiyasının Azərbaycanda keçirilməsindən, Dövlət Proqramlarının tətbiqindən, kadr hazırlığı, kadr potensialının artırılması istiqamətində görülən işlərdən danışdı.

 

Daha sonra kollegiya katibi Azərbaycan Respublikasının səhiyyə işçilərinin Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətlərində görə “Fəxri Fərman”la təltif olunmaları haqqında Səhiyyə naziri Oqtzay Şirəliyevin “Səhiyyə işcillərinin təltif edilməsi haqqında” imzaladığı Əmrini səsləndirdi.

Daha sonra bir sıra tibb işçisinə mükafat və hədiyyələr təqdim olundu.

 

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

16/06/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013