Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Litva Seyminin Avropa ilə əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Səhiyyə Nazirliyində görüş keçirmişlər

07.12.2010-cu il tarixində ölkəmizdə səfərdə olan Litva Seyminin Avropa ilə əməkdaşlıq Komitəsinin rəhbəri və nümayəndə heyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində nazirliyin məsul şəxsləri görüş keçirmişlər.

 

Səfərdə məqsəd Litva hökuməti tərəfindən hazırlanacaq Reproduktiv sağlamlıq və Ailə Planlanmasına dair layihə üçün bizim təcrübəmizdən yararlanmaqdır.

 

Qonaqları əsasən Səhiyyə Nazirliyinin Normativ aktlarının Avropa İttifaqının Reproduktiv Sağlamlıq və Ailə Planlanmasına dair qaydaları ilə uyğunluğu maraqlandırırdı. Səhiyyə Nazirliyinin aidiyyəti şöbələrin əməkdaşları “ Ana və uşaq sağlamlığının qorunması üzrə Tədbirlər proqramı” çərçivəsində tikilib istifadəyə verilən perinatal mərkəzlərdən, regionların doğuşayardım müəssisələrinin maddi-texniki bazasının artırılmasından, klinik protokollardan, minilliyin inkişaf məqsədlərinə nail olmaq istiqamətində ana və uşaq ölümünün azaldılması habelə Dövlət proqramı çərçivəsində perinatal yardımın regionlaşdırılması üzrə islahatlar konsepsiyası haqda və.s. görülmüş işlər haqqında məlumat verdilər.

 

Müqabil tərəf səfərləri çərçivəsində Azərbaycanda tikilən perinatal mərkəzdə olduqlarını bildirdilər və orada əhali üçün yaradılan şəraitdən məmnun qaldıqlarını vurğuladılar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013