Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq Donor günü münasibətilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Beynəlxalq Donor günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 14.06.2012-ci il tarixində Oğuz və Qəbələ Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar zamanı Oğuz MRX-da 68 nəfər, Qəbələ MRX-da isə 300 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi Yardımın Təşkili Şöbəsi

15/06/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013