Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mütəxəssislərimiz tibbi diaqnozların və Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı üzrə təşkil olunmuş təlimlərdə iştirak edəcəklər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Dünya Bankının Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində tibbi diaqnozların və Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı üzrə keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 nəfər master-təlimçilər Moskva şəhərinə ezam olunmuşlar. Təlimlər 24-30 İyun 2012-ci il tarixlərində Rusiya Federasiyasının Səhiyyənin təşkili və informatizasiyası üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutunda təşkil olunacaq.

 

Gələcəkdə həmin master-təlimçilər tərəfindən respublikanın tibb müəssisələrində Xəstəliklərin Beynəlxalq Təsnifatının tətbiqi üzrə geniş təlimlərin keçirilməsi nəzərdə planlaşdırılır.

 

28/06/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013