Səhiyyə Nazirliyinin dəstəyi ilə “VNUS Endovenoz RF Ablasiya” kursu keçirilir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasın Ürək-Damar Xəstəlikləri Mərkəzinin və “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” İB-nin birgə təşkilatçılığı ilə 29-30 iyun 2012 tarixlərində “VNUS Endovenoz RF Ablasiya” elmi-praktiki kursu keçirilir.
Kursun əsas mövzusunu varikoz xəstəliklərinin anatomiyası, diaqnostikası və müalicəsində əldə edilən son nailiyətlər təşkil edəcək, eləcə də əməliyyatxanadan canlı yayım vasitəsilə radiofrekans ablasiya usulu ile varikoz xəstəliklərin əməliyyatları tətbiq olunaraq bu texnikalar ölkəmizin bütün damar cərrahları qarşısında nümayiş etdiriləcəkdir. Kursun tədrisində iştirak və rəhbərlik etmək üçün Türkiyənin bu sahədə aparıcı mütəxəssisləri olan Dr. İlhan Yurdakul və Dr. Mert Dumantepe dəvət olunmuşdur.
Ənənəvi hal alan bu cür elmi toplantıların keçirilməsi, ölkələrarası tibbi təcrübə və bilik mübadiləsinə xidmət edərək, günü gündən inkişaf edən ölkəmizdəki tibb sahəsinə öz tovhəsini verməktədir.
29/06/2012