Sumqayıtda regional seminar keçirildi

13 iyul 2012-ci il tarixdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin təşkilatçılığı ilə “Psixiatriya Yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlk tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən (psixi pozuntuların) Siyahısı”nın təsdiq edilməsi haqqında” 131 nömrəli 11 iyun 2012-ci il tarixli Qərarının öyrənilməsi üçün geniş seminar keçirilmişdir.
Seminarda Səhiyyə Nazirliyinin baş psixiatrı, Məhkəmə-Psxiatriya Mərkəzinin, Psixi Sağlamlıq Mərkəzinin rəhbərləri eləcədə Abşeron, Xızı, Şamaxı, Qobustan rayonlarından əlaqədar həkim-mütəxəssislər, Sumqayıt şəhərinin hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər tibb müəssisələrinin rəhbərləri və müvafiq həkim-mütəxəssisləri həmçinin mətbuat nümayəndələri iştirak etmişlər. Seminarda izahat xarakterli çıxışlar olmuş, əlavə və dəyişikliklərə aydınlıq gətirmək üçün ortaya çıxan suallar cavablandırılmışdır.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
18/07/2012