Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış saziş çərçivəsində 2012-ci il üzrə anesteziologiya-reanimotologiya, rentgenologiya, neonatologiya, terapiya, ultrasəs diaqnostikası, ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, yenidoğulmuşların anesteziologiyası və reanimasiyası ixtisasları üzrə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda təkmilləşdirilmə kursları təşkil ediləcək.

 

Kurslarda iştirak etmək istəyən respublika üzrə dövlət xəstəxanalarında işləyən ən azı 3 il iş stajı və rus dilini səlis bilən mütəxəssislər 6 avqust 2012-ci il tarixindən 5 sentyabr 2012-ci il tarixinədək saat 14:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə (111 nömrəli otaq) müraciət edə bilərlər.

 

Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş analoji kurslarda son 5 ildə iştirak edən müdavimlərin sənədləri təkrar qəbul olunmur.

 

Kurslarda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- kadrların şəxsi uçot vərəqəsi

 

- 1 ədəd rəngli şəkil (3x4)

 

- tibb universitetinin diplomunun sürəti

 

- internatura haqqında şəhadətnamənin sürəti

 

- əmək kitabçasının sürəti

 

- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda keçmiş təkmilləşdirmə kurslarının şəhadətnamənin sürəti

 

Ünvan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

akad. M.Mirqasımov küç. 1A

 

Əlaqə tel. 565-12-57

                  441-26-03 (111)

6/08/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013